“Keşlə” klubunun futbolçusu Şəhriyar Əliyev "Qəbələ" ilə II turun oyununda hakimi təhqir edib.
Fanat.Az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdıran müdafiəçiyə ağır cəza verib. O, 4 oyunluq uzaqlaşdırılıb. Həmçinin, Şəhriyarın davranışına görə klubu 3200 manat cərimə olunub.
Qeyd edək ki, “Qəbələ” – “Keşlə” oyununda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.