“Sumqayıt” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanaraq yoxlama oyununda qüvvəsini sınayacaq.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda "Keşlə" ilə qarşılaşacaq.
Avqustun 29-da "ASK Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.