Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.
Fanat.Az xəbər verir ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"i (3:1) məğlub etməklə, ölkəmizin reytinqini yaxşılaşdırıb.
Əldə olunan 0,250 əmsal sayəsində cari mövsümün qazancı 2,125-ə çatıb. Beləliklə, son 5 ilə əsasən hesablanan reytinqimiz 14,750-yə yüksəlib.
Sloveniyanı (14,500 xal) geridə qoyan Azərbaycan hazırda 29-cu pillədədir. Bir addım öndə olan Polşa isə bizi 0,125 əmsal qabaqlayır.
Qeyd edək ki, bu mövsüm əldə olunan 2,125 əmsalın 1,250-si "Qarabağ"ın, 0,750-si "Neftçi"nin, 0,125-i "Sumqayıt"ın payına düşür. "Keşlə" avrokubokları əliboş tərk edib.
Mirağa