"Neftçi"nin futbolçusu Mamadu Kane Yunanıstanın "Olimpiakos" klubuna transfer olunur.
Fanat.Az xəbər verir ki, bu barədə yunanıstanlı jurnalist Kostas Nikolakopulos məlumat yayıb.
Onun sözlərinə görə, 24 yaşlı qvineyalı oyunçu artıq paytaxt Afinadadır. "Olimpiakos"un heyətdə yetərincə əcnəbi olduğu üçün afrikalı oyunçunu icarəyə verəcəyi gözlənilir.
Qeyd edək ki, Mamadu Kane 2019-cu ildən "Neftçi"nin formasını geyinir. Cari mövsümdə 10 oyuna çıxan futbolçu əvvəllər vətinində "Satellite", "Kalum" və "Qanqan" klublarında çıxış edib, Qvineya millisində keçirdiyi 6 oyunda bir qol vurub.