Milli komandamızın DÇ-2022-nin seçmə mərhələsində oyunlarında görə Azərbaycan Premyer Liqasına müvəqqəti olaraq fasilə yaranıb.
Əsas heyətinin bir çox futbolçusu yığmanın düşərgəsində olan "Sumqayıt" klubu fasilədən maksimum faydalanmağa çalışır.
Bu barədə "Gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov Fanat.Az-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, "6 futbolçumuz əsas millinin, 2 nəfər isə U-21-in düşərgəsindədir. Fasilə zamanı "Keşlə" (2:3) ilə yoxlama oyunumuz oldu. Növbəti oyunumuz isə sentyabrın 4-ü "Sabah" klubuna qarşı olacaq. Komandanın heyəti tam olaraq qaydasındadır. Zədəli futbolçumuz yoxdur və növbəti tura tam olaraq hazırıq."
Qeyd edək ki, iki turdan sonra "Sumqayıt" 6 xalla turnir cədvəlinə liderlik edir.
Xatırladaq ki, millimiz sentyabrın 1-i Lüksemburq, 4-ü İrlandiya, 7-si isə Portuqaliya ilə qarşılaşacaq.
Emin Şəmsiyev