UEFA Gənclər Liqasında Niderland "AZ Alkmaar"ı ilə qarşılaşacaq "Qəbələ" avrokubok yarışına əvəzedici komandanın baş məşqçisi Famil Xəlilovun rəhbərliyi altında yollanacaq.
Bu haqda Fanat.Az-a "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimov məlumat verib.
Xəlilov U-19-un baş məşqçisi kimi çempionluq qazandırsa da, hazırda əvəzedicilərə rəhbərlik edir. "Qəbələ-2" isə əsasən, Gənclər Liqasına yollanacaq komandanın üzvlərindən təşkil olunub. Bu üzdən rəhbərlik belə qərar verib.
Qeyd edək ki, bölgə təmsilçisi ilk oyununu sentyabrın 29-da evdə, cavab qarşılaşmasını isə oktyabrın 20-də səfərdə keçirəcək. "Qəbələ" - "AZ Alkmaar" cütünün qalibi ikinci mərhələyə adlasa, “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
Mirağa