14:13 06.09.2021 1777

Şahin Diniyev: \"Rəşad Coşqunun zəif və üstün cəhətlərini yaxşı bilir\"

Coşqun Diniyev millinin oyunlarına görə yaranan fasilədə "Sabah"dan ayrılaraq, "Zirə"yə üz tutub. 

25 yaşlı yarımmüdafiəçinin atası Şahin Diniyev Fanat.Az-a açıqlama verərək, oğlunun keçidinə münasibət bildirib. 

Millinin sabiq çalışdırıcısı oğul-Diniyevin qərarını belə izah edib:

"Coşqun haqda çox danışmaq istəmirəm. Onu deyə bilərəm ki, son vaxtlar onda eniş yaşanırdı. Bu, "Sabah"la bağlı deyildi. Problem onun özündə idi. Psixoloji cəhətdən geriləmə var idi. Axır vaxtlar özünü tapa bilmirdi. Ola bilsin, bu, komandanın nəticələrindən irəli gəlirdi. İddialı, yaxşı heyətə malik komanda məğlub olduqca, futbolçularda özünə inamsızlıq yaranır və bu, təbiidir. Coşqun dəyişiklik etmək istədi və buna görə "Zirə"yə keçdi. Mənə elə gəlir ki, vaxtında atılan addım idi. 

Başda Maqsud Adıgözəlov olmaqla, "Sabah" rəhbərliyinə, idman direktoru İqor Ponomaryova, baş məşqçi Ramin Quliyevə minnətdarlığımı bildirirəm. Futbolçunu peşəkarcasına başa düşdülər və onun qərarını anlayışla qarşılayıb qarşısında "yaşıl işıq" yandırdılar. Coşqunun "Sabah"la müqaviləsinin sonuna 3-4 ay qalsa da, "Sabah" ona azad agent statusu verdi". 

Mövsümün hazırlıqlarını "Sabah"da keçən, hətta çempionata Masazır təmsilçisində başlayan futbolçu üçün yeni kluba uyğunlaşmaq çətin olmayacaq ki? Şahin Diniyev bu məqamı oğlu üçün ciddi problem saymır. O, Rəşad Sadıqovun Coşquna yaxşı bələd olduğunu düşünür: 

"Zirə"nin Coşqunun karyerasında yenilik olacağına və əvvəlki yüksəlişə qayıdacağına inanırıq. Məşqçisi ona yaxın olan biridir. Rəşad Sadıqovla "Qarabağ"la bir yerdə çıxış ediblər. Rəşad Coşqunun zəif və üstün cəhətlərini yaxşı bilir. Mənə elə gəlir ki, yeni komandasına tez alışacaq. Başqa ölkəyə köçməyib. Azərbaycan futboluna uyğunlaşmaq çox zaman tələb etməyəcək. İnanıram ki, oğlum yaxşı keçmişini geri qaytaracaq və biz onu yenidən milli komandada görə biləcəyik. "Zirə"yə də, oğluma da uğurlar arzulayıram".

Qeyd edək ki, Coşqun Diniyev "Zirə" ilə 2 illik müqavilə imzalayıb.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

11:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

10:24

Yeni klubu Lyakazettin keçidini açıqladı

09:45

Klublararası dünya çempionatı: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi

09:23

Kamal Quliyev aşağı liqaya düşən kluba baş məşqçi təyin olundu

Facebookdan bizi izləməyi unutmayın.
X