17:44 09.09.2021 485

PFL I Divizion klublarını təftiş etdi

Peşəkar Futbol Liqası I Divizionda 2021/2022 mövsümünün startı ərəfəsində çempionat iştirakçılarından bir neçəsini təftiş edib.

Fanat.Az-ın məlumatına görə, qurumun Texniki-İdman Şöbəsinin rəisi Elgiz Abbasov bölgə klublarının - "Zaqatala", "Turan Tovuz" və "Kəpəz"in bazasına baş çəkərək stadionlara baxış keçirib. 

Elgiz bəylə əlaqə saxlayıb səfərinin yekunu ilə bağlı fikirlərini öyrəndik: "Bildiyiniz kimi, hər il çempionatın startı öncəsi stadionları təftiş edirik. Hansı çatışmazlıq varsa, klublara məlumat verilir və onlar aradan qaldırılır. Növbəti mövsümün iştirakçıları arasında paytaxt komandaları ilə yanaşı, bölgə təmsilçiləri də var. Bu dəfə inspeksiyaya şimal-qərb və qərb bölgəsindən başladıq. Bəribaşdan "Zaqatala", "Turan Tovuz" və "Kəpəz" klublarına qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. 

Səfərə Zaqataladan başladıq. Ot örtüyünə, sulama sisteminə, müvafiq otaqlara baxış keçirdik. Ciddi nöqsan aşkarlanmadı. Hələ "Simurq"un vaxtından Zaqatala Olimpiya Kompleksi premyer liqa oyunlarına ev sahibliyi edib. Aradan bir neçə il keçsə də, mövcud infrastrukturu qoruyub saxlayıblar. Xırda çatışmazlıqlar var idi ki, onu da bizi müşaiyət edən klub nümayəndələrinin diqqətinə çatdırdıq. Qısa müddətdə yoluna qoyub bizə raport təqdim edəcəklər.

İkinci səfərimiz Tovuz şəhər stadionuna oldu. Çox sevindiricidir ki, şəhərə futbol ab-havası qayıdıb. Bilirsiniz ki, UEFA-nın ayırdığı maliyyə hesabına AFFA tərəfindən yeni baza inşa olunub. Ordakı yenilikləri görmək çox xoş idi. Akademiyaya böyük diqqət ayrılır. Azyaşlı futbolçular orda qalır, buna görə valideynlər bazaya baş çəkir. Bir sözlə, akademiya, bütövlükdə şəhər qaynayır, hər kəs futbolla nəfəs alır. Stadiona gəlincə, əraziyə baxış keçirildi. Hələ bir neçə gün əvvəl stadionun süni ot örtüyündə çatışmazlıq aşkarlanmışdı. Xətlərlə bağlı problem var idi, "Aqrosport" şirkətinə müraciət olunmuşdu. Onlar da qrup göndərmişdilər. Həmin nöqsanlar aradan qaldırılıb. Yəni Tovuz şəhər stadionu da çempionata hazırdır.

Bu dəqiqələrdə Gəncə şəhər stadionunun inspeksiyasını başa vurduq. Ot örtüyünün ideal vəziyyətdə olduğunu deyə bilərəm. Otaqlara, tribunalara, tribunaaltı yerlərə baxış keçirdik. Ölkənin ən iritutumlu stadionlarından biri olan arenada müəyyən çatışmazlıqlar var. Onların aradan qaldırılıb minimal tələblərə cavab verməsi üçün işlər görülür". 

PFL rəsmisi stadionların yayım üçün müvafiq şəraitlə təmin olunması yönündə də tapşırıqların icrasına nəzarət edib: "Ötən mövsüm divizion oyunları Peşəkar Futbol Liqasının "Youtube" kanalı vasitəsilə canlı yayımlanırdı. Bu mövsüm də elə olacaq. Hər bir stadionda yayım üçün şərait yaradılıb. Yəni tapşırıq icra olunub. Ümumiyyətlə, "Zaqatala", "Turan Tovuz" və "Kəpəz"in ev oyunlarını təmsil olunduğu şəhərdə keçirməsi üçün heç bir əks-göstəriş yoxdur".

Qurum nümayəndələri növbəti səfərini Qəbələyə planlaşdırır: "Qəbələ-2" ötən mövsüm çempionatda iştirak etməyib. 2021/2022 mövsümünə səfərdə start verəcəklər. Yəni evdə 2-ci turda oynayacaqları üçün həm onların, həm də bizim vaxtımız var. Qarşıdakı günlərdə Qəbələyə inspeksiyaya gedəcəyik". 

Mirağa 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X