“Səbail”in son transferi Nikolas Raysel sentyabrın 12-si “ASCO Arena”da baş tutacaq “Sumqayıt”la matçöncəsi açıqlama verib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı hücumçu yeni komandasına keçidini də dəyərləndirib:
“Azərbaycan Premyer Liqasına artıq bələdəm. “Qəbələ”nin heyətində “Səbail”ə qarşı oyunlar keçirmişəm. Keçən mövsüm “Səbail” maraqlı oyun nümayiş etdirdi. Sadəcə, bir çox hallarda bəxti gətirmədi. Lakin indi çox şadam ki, bu mövsüm “Səbail”in uğurları üçün çalışacağam.
Biz artıq azarkeşləri stadionlarda görəcəyimiz üçün çox sevincliyik. “Səbail” hazırda güclü komanda formalaşdırıb və formalaşdırmaqda da davam edir. Azakeşlərin dəstəyi isə komandaya həmişə lazımdır. Sözsüz ki, onların dəstəyi bizi daha böyük uğurlara aparacaq”.
Qeyd edək ki, “Səbail” fransalı hücumçu ilə 1 illik anlaşıb. 2021/2022-ci il mövsümündə “Səbail”in uğurları üçün çalışacaq Raysel son ilyarım ərzində “Qəbələ”də çıxış edib və Premyer Liqada keçirdiyi 30 matçda 7 qol vurub.
Qeyd edək ki, sentyabrın 12-si “ASCO Arena”da baş tutacaq “Səbail”-“Sumqayıt” qarşılaşması saat 18:00-da start götürəcək.
Mirağa