13:38 11.09.2021 1816

\"Belə oyunlarda motivasiyaya ehtiyac yoxdur\" - Qurban Qurbanov

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov komandanın vəziyyəti və "Neftçi" ilə çempionat oyununa hazırlıqla bağlı Fanat.Az-a danışıb. 

Ötən gün aldığımız müsahibəni diqqətinizə çatdırırıq:

- Bildiyiniz kimi, futbolçularımız millinin düşərgəsində idi. Elə bu gün (red. dünən) deməy olar ki, hamı bir yerə yığışıb. Hazırlıq prosesində əlavə bir şey etməmişik. Heyətimizdə futbolçuların sayı az idi. Çalışdıq ki, onların idman formasını qoruyub saxlayaq. Buna görə araya "Zirə" ilə yoldaşlıq görüşü saldıq. Bu həftədən yenidən məşqlərə başlayırıq. "Neftçi" ilə oyuna hazırlaşmağa iki günümüz var. Ümid edirəm ki, bu iki gün bizə bəs edəcək. 

- Millidən qayıdan futbolçularda yorğunluq varmı?
- Bəli, millidən qayıdan futbolçularda hiss olunur. 5-6 gün ərzində 3 oyun oynadılar. Bu da asan deyil. Yorğunluq var, amma çalışırıq ki, futbolçuları oyuna qədər yaxşı vəziyyətə gətirək. Maksim Medvedevin durumuna gəlincə isə, deməzdim ki, pisdir. Amma tam da yaxşı deyil. Fərdi qaydada məşq edirdi.  Bu gün (red. dünən) komandaya qoşulacaq. Həm komanda ilə, həm də komandadan kənar məşqlərini davam etdirəcək. Düşünürəm ki, oyuna qədər normal duruma düşəcək. 

- Həm ölkə çempionatı, həm də avrokubok oyunlarına görə komandanı çətin qrafik gözləyir. Komanda buna hazırdır? 
- Düşünürəm ki, hazırdır. Bəzən futbolçuların sayının az olması məni narahat edir. Belə sıx qrafikdə müəyyən rotasiyalara əl atmalı oluruq. Amma ümumilikdə illərdir biz bu yolu keçmişik. Problemimiz olan günlər də olub, heyətimizin geniş olduğu vaxtlar da. Bunları nəzərə alaraq çalışırıq ki, qarşıdan gələn oyunları düzgün götür-qoy edib, kimə nə zaman istirahət verib, kimin nə zaman tam oynatmağı məşqçilər korpusu ilə müzakirə edirik. Biz qrupa düşmüşüksə, əlimizdə 11-13 futbolçu olsa belə, hazırıq və hazır da olmalıyıq. 

- Çempionatın bütün oyunlarına diqqətlə yanaşırsız, sadəcə ötən mövsüm"Neftçi" ilə oyun göstərdi ki, çempionluq yarışında nəticə baxımından əhəmiyyət kəsb edir.  Komandanın motivasiyası baxımından bu məqamı nəzərə alacaqsınızmı? 
- Məncə, belə oyunlarda motivasiyaya ehtiyac yoxdur. Əlbəttə ki, bəzi əlavə detalları futbolçularımıza deyirik.  Həm "Neftçi" bizim üçün, həm də biz onlar üçün mütləq ilk konkurentlərdənik. Belə oyunlara hər bir futbolçu matça xüsusi olaraq yanaşır. Amma biz yenə də öz düşündüyümüz oyunu oynamağa, yolumuzu doğru davam etməyə çalışacağıq.

- Bir neçə mövsüm sonra heyət xeyli dəyişdi. legioner futbolçular komandaya cəlb olundu. Ümumi transferlərə nəzər salsaq, necə düşünürsünüz, bu mövsüm istədiyiniz kimi heyət qura bildiniz?
- Hazırda əlimdə olan futbolçulardan razıyam. Onların bacarığından, işə yanaşmasından, istəyindən razıyam. Amma planımızda bir neçə futbolçu var idi ki, onları komandamıza cəlb etmək istəyirdik. Sadəcə alınmadı. İnanıram ki, yaxın gələcəkdə onları da heyətə qata bilsək, daha yaxşı komanda düzəltmək olar. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında III turunun "Neftçi" - "Qarabağ" oyunu 12 sentyabr tarixində saat 20:30-da keçiriləcək. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X