20:17 11.09.2021 440

\"Qəbələ\"nin baş məşqçisi: \"Layiqli qələbə qazandıq\"

"Çətin səfər oyunu olacağını bilirdik. Rəqibin yaxşı heyəti var. "Sabah" oyunu ilə seçilən komandadır. Meydanda istədiklərimizi edə bildik və layiqli qələbə qazandıq".

Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, fasilədən sonra komandanın arxaya çəkilməsi taktiki gediş deyildi: "Komandanı müdafiədə saxlamaq tapşırığı verməmişdik. "Sabah"ın hücumda yaxşı oyunçuları var. Onları öz qapımızda qarşılamağa məcbur olduq. İkinci planımız əks hücumlar idi ki, bunu da yerinə yetirə bildik. Ötən mövsüm daha çox qol epizoduna girirdik, dəyərləndirə bilmirdik. İndi isə az epizoda girib, qol vura bilirik".

Baxşıyev qarşısına konkret hədəf qoyulmadığını söyləyib: "Sırf Avropa Liqasında gedək" deyə bir hədəf yoxdur. Bütün diqqətimiz növbəti oyundadır. Güclənməyə ehtiyacımız var. Hücumameyilli bir oyunçumuz da olsa, kifayətlənərik".

Onun sözlərinə görə, "Qəbələ" baş məşqçiyə inam verir: "İstər mən olum, istər başqası, fərqi yoxdur. Biz özümüz də komandaya təzyiq etmirik. İstəyirik ki, onların yanaşmasını düzəldək. Aşılayaq ki, nə üçün meydana çıxırlar".

Baxşıyev "Belə rahatlıq hansısa fəsadlara yol aça bilərmi" sualına qısa cavab verib: "Nə etmişik ki, rahat olaq"?

Asif Məmmədovun durumuna da toxunan baş məşqçi kapitanın zədəsinin ciddi olmadığını deyib: "O, bizim üçün önəmli futbolçudur. Hücumları bəzən Asifin üzərində qururuq. Onun davamçısı da gəlir - Emin Səfərov".

Mütəxəssis yeni transfer Omar Hannini meydana gec buraxmasının səbəbini də açıqlayıb: "Hələ tam hazır deyil. 1 ay futbolsuz qalıb və cəmi 1 həftədir komanda ilə məşqlərə başlayıb. O, getdikcə daha yaxşı çıxış etməyə qadirdir". (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

13:57

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

13:40

"Mançester Siti" bizdən yaxşı futbol oynayır, amma..." - Federiko Valverde

13:23

"Real"ı "lotoreya"da güldürən qələbə - VİDEO

13:06

AFFA 30-cu turun cəzalarını açıqladı

12:58

"Yolumuza davam edəcəyimizə əmin idik" - Karlo Ançelotti

12:40

"Öyrənməliyik" - Mikel Arteta

12:21

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

10:25

"Premyer Liqada iştirakımıza mane olacaq heç bir əngəl yoxdur" - "Zaqatala"nın baş məşqçisi

10:06

İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:23

"Bayer"in ilk yay transferi bilindi

09:00

BOStan, yoxsa idman qurğusu?

01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

17 Aprel 2024
23:45

Qurban Qurbanov Moskva "Spartak"ında?

20:18

Mbappe İbrahimoviçə çatdı

19:30

Almaniya nəhəngi Fyürixi, o isə bu klubu istəyir

18:40

Premyer Liqa nəhəngləri Bundesliqa klubunun oyunsuna elçi düşdülər

17:59

"İmişli" Lozannadakı məhkəməyə şikayət edəcəkmi?

17:35

Romario 58 yaşında karyerasını bərpa etdi: "Arzumu yerinə yetirməyi hədəfləmişəm"

17:18

"Real"dan zəng gələndə iki dəfə fikirləşmədim" - Cud Bellingem

16:59

18-ci turun oyununa külli miqdarda pul yatırıldı - Azərbaycanda

Facebookdan bizi izləməyi unutmayın.
X