15:33 15.09.2021 1880

\"Topaz\"ın məhv etdiyi daha bir həyat - İŞ MƏHKƏMƏDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən T.Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Fanat.Az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. 

Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülən T.Quliyev ifadəsində göstərib ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə yüksək balla daxil olub. Ali təhsil aldıqdan sonra müxtəlif dövlət orqanlarında işləyib.

Sonradan “Topaz” mərc oyununa böyük marağı olub və çoxlu məbləğdə borcu yaranıb. 

“Topaz” mərc oyunundan yaranan asılılığına görə T.Quliyev sonuncu iş yeri olan Dövlət Əmlak Komitəsində tutduğu vəzifədən azad edilib. Tanışları və ailə üzvləri T.Quliyevin “Topaz” mərc oyunundan asılılığına görə artıq ona pul verməyiblər. Buna görə də T.Quliyev mərc oyunu oynamaq üçün İ.Manaflıdan bir neçə dəfə sələmə pul götürüb və faizi ilə geri qaytarıb. 
T.Quliyev sonuncu dəfə 1 000 manat pulu İ.Manaflının istəyinə uyğun olaraq, sonuncu ilə onu tanış edən Alı adlı şəxsə verib.

Həmin vaxt İ.Manaflı verdiyi pulları onun sələmə aldığı pulun faizinə çıxdığını və 1 700 manat borcu qaldığını bildirib.

T.Quliyev İ.Manaflıdan 29 mart 2021-ci il tarixinə qədər ona vaxt verməsini xahiş edib. İ.Manaflı da ona 1 700 manat pula görə günə 20% olmaq şərti ilə 3 100 manat pul alacağını deyib. 
 
Martın 29-u o, İ.Manaflıya mesaj yazaraq, aldığı pulu tapa bilmədiyini, ona vaxt verməsini xahiş etsə də, İ.Manaflı ona qarşı şəxsiyyətini alçaldıcı ifadələr işlədib, yaşadığı ünvana gələcəyini deyərək ailəsi ilə bağlı hədələyib. 

Bundan sonra T.Quliyev İ.Manaflıdan özünün əvvəllər işlədiyi Dövlət Əmlak Komitəsinin yaxınlığına gəlməsini istəyib. Görüş zamanı o, üzərində gətirdiyi bıçaqla İ.Manaflıya bir neçə zərbə endirib. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşaraq, T.Quliyevi 37-ci Polis Şöbəsinə aparıblar. (Bizim.Media)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
19:30

Ayxan Abbasov "Sumqayıt"a darmadağını şərh etdi

19:10

"Uduzsaydıq, Allah bilir nələr olacaqdı" - Samir Abasov

19:01

Ançelotti Arda Gülerə vəziyyətdən çıxış yolunu göstərdi

18:27

MPL: "Sumqayıt" "Turan Tovuz"u darmadağın etdi 

17:53

"Qarşıdakı altı oyunda azarkeşlərimiz bizə çox lazımdırlar" - Vircil van Deyk 

17:31

Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

11:09

"Atalanta" yarımfinala adlamağı 100 faiz haqq edir" - Yürgen Klopp

10:30

"Bayer Leverkuzen"dən inanılmaz rekord

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

Facebookdan bizi izləməyi unutmayın.
X