"Turan Tovuz" I Divizionun ilk turunda MOİK-i qəbul edib.
Görüş əyalət təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Turan Tovuz"un baş məşqçisi Rövşən Babayev Fanat.Az-a açıqlamasında yenilgini şərh edib:
"Düşünürəm ki, məğlubiyyətimizdə bəxtsizlik amili rol oynadı. Bir neçə real qol imkanı var idi ki, ondan istifadə edə bilmədik. Uduzmağımıza baxmayaraq ruh yüksəkliyimiz var. Mən bu komandaya gələn gündən deyirəm ki, klubun həm işçiləri, həm azarkeşləri, yeməkxanadan tutmuş rəhbərliyə qədər hamı bizə dəstək göstərir. Xoşuma gələn məqam odur ki, komanda gənc futbolçuların meydana daxil olmasının tərəfdarıdır. Bu gün bir neçə gənc futbolçu rəsmi oyunda qüvvəsini sınadı. Həm yerli camaat, həm də komandanın üzvləri gördü ki, cavanların potensialı var. Məhz bu gedişlə Azərbaycan futboluna yeni oyunçular bəxş edə bilərik."
Xatırladaq ki, "Turan Tovuz" I Divizionun növbəti turunda "Zaqatala"nın qonağı olacaq.
Emin Şəmsiyev