12:27 17.09.2021 775

\"Qolu mən vuracağam, ya başqası, fərq eləmir\" - Emin Mahmudov

“Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.

Fanat.Az xəbər verir ki, “Qarabağ”la ötən, “Keşlə” ilə növbəti oyun haqda fikirlərini bildirən təcrübəli yarımmüdafiəçi azarkeşlərimizə təşəkkür edib:

- Hazırda bəlkə də karyeranın ən pik dövrünü yaşayırsan. Həm avrokuboklarda, həm də milli komandanın heyətində stabil oyununla yanaşı, vurduğun qollarla da, azarkeşlərin rəğbətini qazanmısan.
- Bəli, hazırda karyeramın ən yaxşı anlarını yaşayıram və çalışıram bu səviyyəni mümkün qədər çox saxlayım. Daha yaxşı oynamaq üçün maksimum artırıb həm “Neftçi”, həm də milli komandanın azarkeşlərini sevindirməyə çalışacağam. Çünki onlar buna layiqdirlər. Heyf ki, vurduğum qollar azarkeşləri heç də həmişə sevindirmir. Bunun da səbəbi məğlub olmağımızdır.

- Təəssüf ki, “Qarabağ”la matçda vurduğun qol komandanı məğlubiyyətdən xilas etmədi. Ümumiyyətlə, bunun üçün nə çatmadı?
- Çox təəssüf ki, “Qarabağ”a uduzduq. İkinci hissədə çox yaxşı oynadıq. Əlbəttə, hər iki hissəni daha yaxşı keçirməliydik, amma alınmadı. İnanıram ki, qarşıdakı görüşlərdə əvvəldən sonadək daha yüksək səviyyədə çıxış edəcəyik.

- İnanırıq ki, çempionluq uğrunda əsas rəqibə məğlubiyyət komandanı ruhdan salmayıb. Kapitan kimi nə deyə bilərsən?
- Düzdür, məğlubiyyət xoş deyil, amma heç birimiz ruhdan düşməmişik. Uduzanda məyus olmaq normaldır, amma irəli baxmalıyıq. Uşaqlar məsuliyyəti dərk edir və bilirlər ki, yaxşı nəticə göstərmək üçün maksimum çalışmaq lazımdır.

- Qarşıdan “Keşlə” ilə görüş gəlir. Rəqib geridə qalan 3 oyunun hamısında uduzub və 7-ci pillədə qərarlaşıb. Bu, futbolçularda arxayınçılıq yaratmır ki?
- “Keşlə”nin oyunlarına baxmışam. Uduzmaqlarına baxmayaraq, heç də pis təsir bağışlamayıblar. Ümumiyyətlə, Azərbaycan çempionatında asanlıqla məğlub edə biləcəyin rəqib yoxdur.

-Üstəlik, “Keşlə” ilə ötən mövsümkü matçların 4-də də qalib gəlmisiz. 3:0 hesabı ilə qələbə qazandığınız dördüncü dövrə oyununda sonuncu qola sən imza atmışdın. Necə düşünürsən, bu dəfə də “adını tabloya yazdıra biləcəksən?”
- Əlbəttə, hər oyunda qol vurmaq istəyərəm, amma ilk növbədə komandanın uğuru haqda düşünmək lazımdır. Qol müəllifi mən olacağam, yoxsa başqası, fərq eləmir, əsas odur ki, “Neftçi” qələbə qazansın. Bununla belə, tez-tez qol vurmaq üçün də əlimdən gələni edəcəyəm.

- Yeri gəlmişkən, bu mövsüm meydana çıxdığın 11 matçda 6 dəfə fərqlənmisən. Ümumiyyətlə, geridə qalan 4 il ərzində “Neftçi”də bir mövsümə ən çox 9 qol vurmusan. 2021/2022 mövsümünün böyük hissəsinin hələ qarşıda olduğunu nəzərə alsaq, rekordunu yeniləyəcəyinə inanırsan?
- Bəli, qarşıda hələ çox oyunumuz var. Çalışacağam qol fürsətlərindən maksimum yararlanıb daha çox fərqlənim.

- Kapitan olaraq “Neftçi” azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Yəni komanda üzvlərinin fanatlardan gözləntisi nədir?
- Azarkeşlərimizə çox təşəkkür edirəm. Son oyunlarımızdakı uğursuz nəticələrə baxmayaraq, onlar stadiona gəlib bizə dəstək olurlar. Düzdür, geridə qalan 3 oyunda 5 xal itirmişik, amma çempionat hələ yeni başlayıb. Əminəm ki, azarkeşlərimizin də dəstəyilə birlikdə daha da güclü olub qarşıdakı oyunlarda çoxlu qələbələr qazanacağıq. Onlardan xahişim budur ki, nəticədən asılı olmayaraq yenə də dəstəklərini əsirgəməsinlər. Çempionluğumuza inansınlar və sonadək yanımızda olsunlar. Biz də öz növbəmizdə çempionluq uğrunda mübarizədə sonadək vuruşub onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X