15:48 17.09.2021 281

AFFA İntizam Komitəsinin sədri: "Təhqirlər təkrarlansa, klublar cərimələnəcək"

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov "Neftçi" və "Qarabağ" arasında Azərbaycan Premyer Liqasının III tur matçından sonra klublara ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi ilə bağlı xəbərdarlıq edilməsinə aydınlıq gətirib.

Hüseynov "Report"a açıqlamasında bunun görüş vaxtı azarkeşlərin təhqiramiz ifadələr işlətməsi ilə bağlı olduğunu söyləyib.

O bildirib ki, bu hal gələcəkdə təkrarlanarsa, klublar 4 000 manat cərimələnəcək: "İctimai təhlükəsizlik nədən başlayır? Məsələn, uşağın biri söyüş söyür, 2-3 nəfər bunu təkrarlayır, söhbət bağlanır. Yaxud da bu, kütləvi şəkildə baş verir. Orada elə bir dava düşə bilər ki, qarşısında durmaq olmaz. Hər iki kluba xəbərdarlıq etdik. Hətta zəng vurub tapşırdıq ki, belə hallar təkrarlansa, cərimələnəcəksiniz. Azarkeş ömür boyu söyüş söyüb. Bunu futbolun eybəcər gözəlliyi sayaq. Yəni, tərəfdarın ağzını bağlaya bilməzsən. Azarkeş təhqirə başlayanda AFFA nümayəndəsi tez ev sahibi komandaya bildirməlidir. Bundan sonra stadionda mikrofonla elan edilməlidir ki, ictimai asayişi pozmayın, təhqiri dayandırın. Təhqirlər təkrarlanarsa, bu, raportda qeyd edilir və həmin hərəkətə görə cərimə tətbiq olunur".

Hüseynovun sözlərinə görə, "Neftçi" - "Qarabağ" matçının AFFA nümayəndəsi Məmmədəli Məmmədov raportda oyun vaxtı insidentin baş verdiyini və polislərin söyüş söyən şəxsləri stadiondan kənarlaşdırdıqlarını yazıb: "Ona görə klubları cərimələmədik, xəbərdarlıqla kifayətləndik. Bu hal təkrarlanarsa, klublar 4 000 manat cərimələnəcəklər. Məcəllədə 41-ci maddədə göstərilib ki, təhqirin növləri var. Baxır, kimi söyürsən. Yəni, təhqir də ictimai asayişin pozulması sayılır. Canlı yayım gedir, buna hamı baxır. Söyüş xuliqanlığın bir növüdür".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Oktyabr 2021
11:57

Azərbaycanlı kikboksçu ABŞ idmançısını məğlub etdi

11:52

Rəşad Sadıqov: "Onların Qurban Qurbanovu dəstəklədiyini görməmişəm" - VİDEO

11:13

La Liqa: "El Clasico" bu gün

11:03

İPL: "Mançester Yunayted" - "Liverpul" - Bu gün

10:43

DÇ: Gimnastlarımız finala çıxa bilmədi

10:32

"Çelsi" daş üstə daş qoymadı - VİDEO

08:00

"Kayrat" və "Bazel" evdə, "Omoniya" səfərdə

00:50

A Seriyası: İbrahimoviç hər iki qapıya qol vurdu

00:45

Liqa 1: Daha iki oyun keçirildi

00:34

Azərbaycanlı güləşçi Finlandiyada çempion oldu

23 Oktyabr 2021
23:59

"Neftçi" - "Zirə" matçında duyğusal anlar - OYUNDANKƏNAR

22:25

Türkiyə Superliqası: "Trabzonspor"dan səfər qələbəsi

22:20

Almaniya Bundesliqası: "Bayern Münhen" "alman maşını"nı işə saldı

22:01

"Neftçi"nin qələbəsi - VİDEO

21:39

Qızlarımızdan növbəti biabırçılıq: Bu dəfə 0:9

21:19

"Sabah" ilk qələbəsini darmadağınla qazandı - VİDEO

20:59

Samir Abasovdan qələbə şərhi

20:49

"Yığmadan nə vaxt təklif gəlsə,..." - Rəşad Sadıqov

20:33

DÇ: Cüdoçularımızdan 4 medal

20:14

"Neftçi" və “Sabah”dan qələbə - YENİLƏNDİ

18:32

Ayxan Abbasov: "Hakim uduzmağımız üçün hər şeyi etdi"

17:49

İlham Zəkiyev XTQ komandanı Hikmət Mirzəyevlə görüşdü - FOTO

17:13

Berdıyev qınandı: “Kayrat” üçün uyğun baş məşqçi deyil"

16:46

"Böyük Dəbilqə": Qadın millimizin də heyəti açıqlandı

16:17

"Araz Naxçıvan"ın ÇL üçün iştirak ərizəsi

15:46

Dünya və Avropa çempionu millimizdən niyə gedib? - Açıqlama

15:20

Transfer şayiələri: "Nyukasl" hərəkətdə, Sançez qayıdır

14:57

Azərbaycan çempionunun oyunu təxirə salındı

14:18

"Ronaldu, yoxsa Salah?" - Klopp cavablandırdı

13:59

Mxitaryan İngiltərə Premyer Liqasına qayıda bilər

13:45

Dünya çempionatının mükafatçısı güllələndi

13:31

“Qarabağ”ın futbolçuları ən yaxşılar arasında

13:16

Şahmatçılarımızın da iştirak edəcəyi turnirin mükafat fondu açıqlandı

13:00

Ölkə kubokunun finalı Qarabağda keçiriləcək? - PFL prezidenti açıqladı

12:48

Nazir iddialı danışdı: "Dünya güclü klub görəcək"

12:31

Bakıda idmançının məşq zalında ölüm səbəbi bilindi

12:17

Məşqçiliyə başlayan Vaqif Cavadov: “Kreativ futbolçu olmuşam”

12:00

Şantajçı Benzemanın məhkəməsi təxirə salındı

11:44

Ronaldu İtaliyada gündəmdən düşmür: Növbəti ittiham

11:27

"Bir Mahir var, o da gah xəstələnir, gah da ..." - Ramin Musayev

Facebookdan bizi izləməyi unutmayın.