"Qarabağ" daha bir itki ilə üzləşib.
Fanat.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Bəhlul Mustafazadə zədələnib. 24 yaşlı müdafiəçi Premyer Liqanın 4-cü turunda "Sumqayıt"la oyunda (2:0) sıradan çıxıb. O, 72-ci dəqiqədə Qara Qarayevlə əvəzlənib.
Qeyd edək ki, "Qarabağ"ın oyunçularından Xayme Romero da zədəlidir.