Bu gün AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovla görüşüb.
Fanat.Az assosiasiyanın saytına istinadən xəbər verir ki, Məmmədov 65 illik yubileyi münasibətilə Məmmədovu təbrik edib.
Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub. İsgəndər Cavadov göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.