“Keşlə” sabiq yarımmüdafiəçisi Sadio Tounkaranı geri qaytarıb.
Fanat.Az xəbər verir ki, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
29 yaşlı vinger bu gün I Divizionda 2-ci tur çərçivəsində “Keşlə-2”-nin heyətində "Sabah-2"-yə qarşı oyunda meydana çıxacaq.
Qeyd edək ki, "Keşlə" Sadio Tounkara ilə ötən mövsümün sonunda yollarını ayırmışdı. Afrikalı futbolçu Azərbaycanda daha əvvəl "Xəzər Lənkəran", "Turan Tovuz" və "Zirə"nin də formasını geyinib.