"Kəpəz"in yayda gerçəkləşdirdiyi ən diqqətçəkən transfer Cavid İmamverdiyev oldu.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu hələki komandasına faydalı ola bilmir.
Cavid ilk iki turda cəmi 45 dəqiqə forma geyib. "Qəbələ-2" ilə açılış matçının ilk yarısında mübarizə aparan yarımmüdafiəçi fasilədən dərhal sonra əvəzlənib. "Qaradağ Lökbatan"la dünənki görüşdə isə o, nəinki komandasına kömək edib, adı protokola belə salınmayıb.
Oyun səfər matçında yoxluğunun səbəbini "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadədən dəqiqləşdirdik: "İlk oyunun gedişində ayağında ağrılar var idi. Ona görə fasilədə əvəz etmək barədə qərara gəldim. Dörd gündür müalicə alırdı. Artıq sağalıb. Bu gün fərdi məşqə, qaçmağa başlayıb. Sabahdan kollektiv çalışmalara qoşulacaq".
Qeyd edək ki, "Kəpəz" ilk iki turda "Qəbələ-2" (0:0) və "Qaradağ Lökbatan"la (1:1) qarşılaşaraq ardıcıl heç-heçə edib.
Mirağa