Futbol üzrə Moldova çempionatında 12-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
Orxanın komandası öz meydanında “Şerif”ə 0:7 hesabıyla uduzub.
Qurbanlı matçın 57-ci dəqiqədə meydana buraxılıb.
12 oyuna 14 xal toplayan “Dinamo-Avto” turnir cədvəlində 8 iştirakçı arasında 5-ci pillədə mövqe tutub.