Bu ilin iyul ayında BƏƏ-nin "Əl-Əyn” klubu "Sabah"ın futbolçusu Bəhlul Mustafazadəni transfer etmiş, lakin 18 gün sonra onun keçidindən imtina edərək müqavilənin ləğv edilməsi ilə bağlı Bakı klubuna məktub yollamışdı. Bu müddətdə artıq futbolçunun "Sabah”la müqaviləsi də qüvvədən düşmüşdü.
27 iyul tarixində paytaxt klubu rəsmi saytında məsələ ilə bağlı "Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət edəcəyini bəyan etdi.
Maraqlıdır, məsələ ilə bağlı vəziyyət nə yerdədir? Bunu dəqiqləşdirmək üçün "Sabah" klubuna müraciət etdik.
Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov Fanat.Az-a açıqlamasında bildirdi ki, "Təxminən 3 həftə əvvəl FİFA-ya müraciət olub. Sadəcə bu bir qədər uzun çəkən prosesdir. Hələ hər hansı yenilik yoxdur. Sözügedən məsələ ilə bağlı hər hansı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, "Əl-Əyn"ə keçidi baş tutmayan Bəhlul Mustafazadə "Qarabağ"a transfer olunub.
Röya