Region Liqasına hazırlaşan "Şahdağ" təlim-məşq toplanışına start verib.
Fanat.Az xəbər verir ki, Quba təmsilçisi Sumqayıtda məskunlaşaraq məşqlərini "Kapital Bank Arena"da keçirir.
Komanda ciddi transferləri ilə diqqət çəkir. Region Liqasında Sumqayıtın "Uğur" klubunu ardıcıl iki dəfə çempion etmiş baş məşqçi Qəzənfər Abbasov bundan sonra "Şahdağ"ın çalışdıracaq. "Uğur"un iki aparıcı üzvü də bölgə klubuna keçib. Bunlardan biri iki mövsüm çempionluq sevinci yaşayan təcrübəli Nahid Mehraliyevdir. "Şahdağ"ın son olaraq müqavilə bağladığı futbolçu isə Azərbaycan Premyer Liqasında 100-dən çox rəsmi oyun keçirən Ruslan Poladovdur.
Mirağa