AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.
Fanat.Az xəbər verir ki, sentyabrın 30-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilir.
Kursun ikinci mərhələsi 18-21 oktyabr, üçüncü mərhələsi 8-11 noyabr, dördüncü mərhələsi isə 13-24 dekabr tarixlərində keçiriləcək.
Kursda hazırda karyerasını davam etdirən futbolçulardan Ruslan Əmircanov, Rail Məlikov, klubsuz qalan Cavid Hüseynov, həmçinin, millimizin daha bir neçə sabiq üzvü - Vaqif Cavadovla Rəşad Sadiqov da iştirak edir.
Mirağa