Tofiq Bəhramov adına Respublika stadionunun 70 illik yubileyi münasibətilə jurnalistlərlə futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.
Fanat.Az xəbər verir ki, sentyabrın 29-da Respublika stadionunun süni örtüklü meydançasında təşkil olunacaq oyunda Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) yığması ilə Futbol Veteranları İttifaqının komandası üz-üzə gələcəklər.
Veteranlar komandasının heyətində Hüseyn Məhəmmədov, Samir Əliyev, Araz Qulamov, Ədaim Niftəliyev, Yunis Hüseynov, Bəxtiyar Musayev, Elmir Xankişiyev, Novruz Əzimov, Emin Quliyev, Əli Abışov, İlqar Qurbanov, Vüqar Nadirov, Alim Qurbanov və Paşa Əliyev yer alacaqlar.
Matç saat 19:00-da start götürəcək. Qarşılaşmanın ardından mükafatlandırma mərasimi nəzərdə tutulub.
Mirağa