AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şəki şəhərinə səfərə gedib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov səfər çərçivəsində Şəkidə müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb, onlara AFFA-nın adından oyun geyimləri və top təqdim edib.
İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, növbəti həftə liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb.
Görüşün sonunda simvolik olaraq oyun keçirilib.
Qeyd edək ki, AFFA-nın vitse-prezidenti dünən Tovuza səfər etmişdi.