12:47 30.09.2021 812

Millimizin sabiq məşqçisi tələbələrindən inciyib: “Kimlərinsə adlarını çəksəm...”

Bir neçə ay öncə "Neftçi”dən ayrılan, Azərbaycanın tanınmış qapıçı məşqçilərindən olan Ramiz Əhmədov srağagün 55 yaşını tamamladı. Uzun müddət aşağı yaş qruplarından ibarət yığmalarımızda çalışmış Əhmədov ölkə futboluna bir sıra qapıçılar bəxş edib. Ancaq o, laqeydlikdən gileylənir. Bəzi tələbələri heç onun ad gününü də təbrik etməyib...

Hazırda özəl futbol akdemiyalarının birində fəaliyyət göstərən Ramiz Əhmədovun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- Ad gününü necə keçirdiniz?
- Bu il pandemiyaya görə yəqin ki, heç bir insan ad gününü normal keçirmir. Hamının fikri karantindədir. Mən də ad günümü ailəmlə birlikdə keçirdim.

- Futbol ictimaiyyətinin nümayəndələrindən təbrik edənlər çox oldu? 
- Çox adam təbrik etdi. 55 elə yaşdır ki, insan müdrikləşir, çox şeyləri başa düşür. Təbrik edənlər də sağ olsun, etməyənlər də.

- Tələbələrinizdən necə, sizi xatırlayanlar oldu?
- Sağ olsunlar, Fransada "Klermont”un formasını geyinən Eldar Tağızadə, Portuqaliya klubu "Benfika”da oynayan Osman Hüseynov təbrik etdilər. 

- Bəs Azərbaycanda olanlar?
- Onlar... Necə deyim...

- Yəqin ki, yadlarına da düşməmisiniz?
- Belə də... Bəli, elə siz dediyiniz kimidir.

- Sizcə, niyə unudulmusunuz?
- Nə bilim, Allah işlərini avand, yollarını açıq eləsin. İnsan həmişə çətinliyə düşəndə kömək istəyir. Amma vəziyyəti yaxşılaşandan sonra ona kömək etmiş insanı yada salmır. Eybi yoxdur, incimirəm... Yəqin ki, bilirsiniz kimlərdən söhbət gedir. 

- Başqa vaxt da zəng vurub əhvalınızı soruşmurlar?
- Eldarla Osmandan başqa heç bir tələbəm nə Novruz bayramında, nə də indi zəng vurdu. Yaddan çıxa bilər. Ancaq telefon əllərinin altındadır, düzdür? Mənə elə gəlir, yalnız Azərbaycanda "Başım qarışıb” sözü var. Nə olar, bir dəfə zəng vurub soruşalar ki, "Ramiz müəllim, necəsiniz?” Yalnız Şahruddin ayda bir-iki dəfə, oyunlardan sonra əlaqə saxlayır, məsləhət alır. "Şah” ümumiyyətlə, belə məsələlərdə diqqətlidir. Halbuki o mənim yetirməm deyil. 
  
"Kimlərinsə adlarını çəksəm, deyəcəklər, "Ramiz müəllim onlardan nəsə gözləyir”

- Yeri gəlmişkən, kəşf etdiyiniz və hazırda ən tanınmış tələbələrinizdən biri Şahruddin Məhəmmədəliyevdir. Onun Azərbayacana gəlişi, "Qarabağ”a və milli səviyyəsinə necə yüksəlməsi ilə bağlı fikirləriniz maraqlı olardı...
- Bu yaxınlarda onunla bağlı məqalə oxumuşdum. Mənim yetirməm olduğu deyilir. Millidə işləyəndə o vaxt bizə 1994 təvəllüdlü qapıçı lazım idi. Bir gün Qusar "Şahdağ”ının baş məşqçisi Kamran Əlibabayev zəng vurdu ki, qapıçı var, istəyirsən, gəl bax. Getdim "Şahdağ”ın "Bakılı” ilə matçına. Oyunöncəsi komandalar isinmə hərəkətləri edirlər. Qapıçılar isə meydana hamıdan tez çıxır. Şahruddin meydana çıxanda gördüm ki, başında məşhur çexiyalı qapıçı Peter Çexin papağına bənzər qoruyucu var. İsinmə hərəkətlərini yerinə yetirərkən 15-20 dəqiqə izlədim. Qapıya zərbələr zamanı gördüm ki, əməlli-başlı qapıçıdır. Mənə lazım olan bütün keyfiyyətlər onda var idi. Həmin vaxt Yaşar Vahabzadə ilə birlikdə çalışırdım. Zəng vurub super qapıçı tapdığımı dedim. Soruşdu ki, "hansı komandaların oyunundasan?” Dedim "Şahdağ”la "Bakılı” oynamalıdı, hələ başlamayıb. İsinmə hərəkətləri zamanı gördüm, əla qapıçıdır. Yaşar əvvəlcə inanmadı. Həmin vaxt Antalyaya təlim-məşq toplanışına getmək ərəfəsində idik. Təklif etdim ki, "onu da Antalyaya aparaq, xoşuna gəlməsə, karyeramı bitirəcəm”. Qısası, sənədlərini də götürdük, özümüzlə təlim-məşq toplanışına apardıq. Elə ilk yoxlama matçındaca əsas heyətə düşdü. Ardınca "Sumqayıt”a, daha sonra "Qarabağ”a transfer olundu. Demək istəyirəm ki, onu mən yetişdirməmişəm. Şahruddin Moskvada Dmitri Qulenkovun qapıçılar məktəbində yetişib. İlk məşqçisi də Qulenkov olub. Mən, sadəcə, onun milliyə gəlməsinə vasitəçilik etmişəm. Kimləri yetişdirdiyimi bilirsiniz, sadəcə, bəzi səbəblərdən adlarını açıqlamaq istəmirəm. Onlardan incimişəm. Çünki mənə çatan məlumatlara görə, bir çoxu başqa yerlərdə fərqli informasiyalar verir, onları yetişdirdiyimi danırlar. Açığı, indi gənclərə baxıram. Köhnə nəsil haqqında danışmaq istəmirəm. Düzdür, onlara hörmətlə yanaşıram. Ancaq inciməyə də haqqım var. Çox şeylər eşitmişəm, desəm, mətbuatda panika yaradar. Cəmiyyətimizdə belə bir xüsusiyyət var ki, kimlərinsə adlarını çəksəm, deyəcəklər, "Ramiz müəllim onlardan nəsə gözləyir”. Bu gün altı qapıçımdan ən azı beşi milliyə namizəddir. Dönə-dönə üzr istəyirəm, adlarını çəkə bilməyəcəyəm. Amma nəyin necə olduğunu təkcə mən deyil, bütün futbol ictimaiyyəti bilir. Mənim üçün çox xoşdur ki, Fransada və Portuqaliyada çıxış edən tələbələrim gənc olmalarına baxmayaraq, seçilirlər. Fubol çox maraqlı sferadır. Çox şey olur, amma nəsə danışanda deyirlər ki, "yozur”. Mən heç nə yozmuram. 

- Avropada, başqa futbol ölkələrində yetişdirdiyi tələbələrinə görə məşqçilər maddi dəstək alır. Azərbaycanda isə belə şeyə hələ ki, rast gəlməmişik. Buna münasibətiniz necədir?
- Avropada məşqçilər maddi maraq güdmürlər. Bilirlər ki, xidmətləri qiymətləndiriləcək. İnsan yaşamalıdır. Çünki istər-istəməz yetişdirdiyi futboçu başqa kluba gedəndə onun bəhrəsini görəcək. Biri var, oyunçunu kluba, biri də var birbaşa milliyə verirsən. Söhbət bonusdan getmir. Avropada çəkilən əziyyət qiymətləndirilir. 

- İndi harada çalışırsınız?
- Hazırda "Sportinq Baku” futbol klubunda çalışıram. 2018-ci ildə yaranıb. Həm qapıçılar üzrə məşqçi, həm də əlaqələndirici kimi fəaliyyət göstərirəm. İşim yaxşıdır. Gənc qapıçılar var, qismət olsa, 3-4 ildən sonra adlarını eşidəcəksiniz. 

- "Sportinq Baku”nun Portuqaliyanın məşhur klubu ilə əlaqəsi var?
- Açığı 4-5 aydır burda çalışıram, heç maraqlanmamışam. Yəni, hansısa kluba gedəndə nə üçün filan ad qoyulduğunu soruşmuram (gülür). Sahibi gözəl insandır. Özəl futbol klubudur. Qızlar da daxil olmaqla 6 yaş qrupundan ibarət komandaları var. Milliyə bir neçə namizəd futbolçumız var. Ancaq bunun üçün bir qədər səbir lazımdır. Futbol səbri xoşlayır. 3-4 ildən sonra U-15 millimizə qapıçı verəcəm. İstedadlı, boy-buxunlu oyunçularımız var.

- Təcrübəli məşqçi kimi necə düşünürsünüz, Azərbaycanda qapıçı problemi varmı?
- Futbol zəncirvari bir oyundur. Əvvəllər deyirdilər ki, qapıçılar komandanın 50 faizidir. İndi isə hesab edirəm ki, qapıçı komandanın 75 faizidir. Digər tərəfdən, qapıçı əla olanda və digər futbolçular yaxşı oynamayanda zəncir pozulur. Azərbaycanda yaxşı qapıçılar var.

- Ölkədə diqqətdən kənarda qalan, milliyə dəvət almayan qapıçılar var?
- Heç kimin xətrinə dəymək istəmirəm. Ancaq yaxşı gənclər, təcrübəlilər də var. Məsələn, Kamran Ağayevin oyununa baxırdım. Ona hörmətim var. Kamran öz çəkisini nəzarətdə saxlamır. Onu görəndə inanmadım. Çəkisinə nəzarət etsə, milliyə qayıda bilər. Sanki özünü bir qədər "boşaldıb”. Qapıçı üçün belə çəki çoxdur. Mənim 55 yaşım var, cəmi 78 kiloqramam. Həmişə belə olmuşam. Sualınıza gəlincə, Azərbaycanda yaxşı qapıçılar var, olub, olacaq da. Məsələn, "Sumqayıt”ın qapıçısı Aydın Bayramov xoşuma gəlir. Mərd, yaxşı qapıçıdır. Hiss olunur ki, Emin Babayev onunla işləyir. Səlahət Ağayevdə bir balaca özünəinam çatmır. Yenə də millinin baş məşqçisinin öz seçimi var. Səhv etmirəmsə, U-15 millimiz "Qəbələ”nin 16 yaşlılardan ibarət komadası ilə qarşılaşıb. Amma mənə maraqlı gəldi ki, "Benfika”dan Osman Hüseynovu niyə dəvət etməmişdilər. Bütün bunlara baxmayaraq, futbolumuzun düzələcəyinə inamım var. 

- Azərbaycanda sözün əsl mənasında "1” nömrə kimdir?
- Aydın məsələdir ki, bu gün "1” nömrə "Şah”dır. Qapıçının səhvi də olur, yaxşı oyunu da. Şahruddin bu gün həddindən artıq özünə güvəndiyini sübut edir. Təlim-məşq toplanışlarında olanda məni yaxşı mənada bezdirirdi. Məşqdən sonra deyirdi ki, "Ramiz müəllim, biz meydanda qalaq”. Ümumiyyətlə, özünə qarşı tələbkardır. Karyeram ərzində görməmişəm ki, Kamran, Aqil, Səlahət və digərləri özünə qarşı bu qədər tələbkar olsun. "Şah”da yorulmaq söhbəti yoxdur. İslam Oyunlarında Azərbaycan ən az qol buraxan komanda oldu. Cəmi bir qol buraxmışdıq, o da finalda. Yetişdiririk, baxaq görək sonu necə olacaq...

- Sonuncu dəfə çalışdığınız "Neftçi” hazırda ölkədə ən çox tənqid olunan klubdur. Avrokuboklardakı uğursuzluqlarında qapıçı amili nə dərəcədə rol oynadı?
- "Qarabağ”dır, "Neftçi”dir, onlar brenddir. Kimlərsə tənqid edə bilərlər. Səhvlər hər klubda və qapıçıda var. Məşqçilərin öz fikri var. Samir Abbasova böyük hörmət bəsləyirəm. "Neftçi”də qapıçı problemi görmürəm. Aqil təcrübəlidir. Səhvlər nədən irəli gəlir? Futbol bir tamaşadır. "Sumqayıt” – "Qəbələ” matçında temp niyə yüksək idi? Çünki tribunalara azarkeş toplaşmışdı. Onlar futbolçuları alovlandırdılar. Olmayanda istər-istəməz qapıçı "paslanmağa” başlayır, daha sonra ardıcıl səhvlərə yol verir. Bu da komandaya pis təsir edir.

- Azərbaycanda futbolçularla bağlı limit məsələsinə münasibətiniz necədir?
- Limit istənilən halda qoyulmalıdır. Bunu AFFA necə tənzimləyir, özü bilər. Amma görünən odur ki, yerli futbolçular məhv olur. 17-18 yaşa qədər gəlirlər, baxırsan ki, gözləri "yanır”. Amma sonradan itib-batırlar. 

- Qapıçı məktəbləri ilə bağlı problemlərimiz var...
- Bir neçə ay öncə Dmitri Kramarenko klubumuzun bazasına gəlmişdi. Söhbətləşdik və onun atası Sergey Kramarenkonun adına qapıçı məktəbi açmaqla bağlı müzakirələrimiz oldu. Hələ də bu layihə qüvvədə qalır. Sadəcə, elə alındı ki, Kramarenko millidən ayrılıb Rusiyaya getdi. Yenə də belə bir fikrimiz var, tez-tez əlaqə saxlayırıq. Azərbaycanda həmişə yaxşı qapıçılar olub. Bir qədər zaman lazımdır. Yaxşı nəticələr olmalıdır.

- Futbolumuzda xeyli xidmətləriniz olub, millilərimiz üçün qapıçılar yetişdirmisiniz. "Əməkdar məşqçi” adı almağı gözləyirsiniz?
- Avropada qayda var ki, milliyə futbolçu vermisənsə, müəyyən ad alırsan. 6 qapıçım millilərdədir. Bundan əlavə 15 il yığmada işləmişəm, 14 Avropa çempionatında iştirak edib, üç dəfə elit mərhələ adlamışam. İslam Oyunları qalibiyəm. Amma bu gün o adı almamışamsa... Səbəbini bilmirəm. Sənədlərimi AFFA-ya təqdim emişəm. Nazirlik də təsdiqləyib. İnşallah yeni ilə qədər alaram. Versələr də sağ olsunlar, verməsələr də. 

- Əlavə demək istədiyiniz nəsə varmı?
- Hər insanda narazılıq və ya müsbət fikirlər olur. Sadəcə, hamı kimi mən də istərdim ki, Azərbaycanda futbol inkişaf etsin. Lənkəranda, Tovuzda, Gəncədə, Şəmkirdə, Mingəçevirdə futbol olsun, sevinək. Mən də qapıçı yetişdirim. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
15:17

Xabi Alonso bu futbolçunu "Real"a gətirməklə özü məşğuldur

14:58

"30 faiz bizim vəziyyətimizə düşən komandalar tam şəkildə çöküblər" - Mikel Arteta

14:40

"Fulhem" "Mançester Siti", "Arsenal" və "Liverpul"dan daha artığını bacardı - REKORD

14:21

"Ayaks"ın italiyalı baş məşqçisi klubdan ayrıldığını bəyan etdi

14:02

"Neftçi" 10 futbolçusunu göndərməyə qərar verdi - ADLAR

13:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

Facebookdan bizi izləməyi unutmayın.
X