Ötən tur Azərbaycan çempionatında 422-ci oyununa çıxaraq mütləq rekorda imza atan Rahid Əmirquliyev mükafatlandırılıb.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” görüşündən öncə keçirilən mükafatlandırma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Səbail” PFK-nin Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və klubun icraçı-direktoru Fərəc Əliyev iştirak edib. Futbolçuya PFL-in xatirə hədiyyəsini təqdim edən PFL prezidenti ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib.