Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya" (Jijkov) Çexiyanın II divizionda növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda X turun görüşləri çərçivəsində səfərdə “Trşinets"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Nəbiyev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, hazırda "Viktoriya" 8 xalla 13-cü pillədə qərarlaşıb.