Millimizin sabiq hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi “Slaviya” (Mozır) Belarus çempionatında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda Belarus çempionatının 25-ci turu çərçivəsində səfərdə “Qomel”lə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Qurbanov oyuna 53-cü dəqiqədə daxil olub. O, 90+3-cü dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, 21 xalı olan “Slaviya” hazırda 16 komanda arasında 14-cü pillədə qərarlaşıb.