Futbol üzrə milli komandamızın DÇ-2022-nin seçmə oyunu ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında qısa fasilə yaranıb.
Bir sıra klublarımız bu müddətdə yoxlama oyunlarında qüvvəsini sınayacaq. Belə ki, oktyabrın 9-da "Keşlə" "Sumqayıt", “Qəbələ” isə “Neftçi” ilə qarşılaşacaq.
Bəs "Qarabağ" fasilədən necə yararlanacaq?
Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a bildirdi ki, "Çempionatda yaranmış fasilə əvvəlkilərlə müqayisədə elə də uzunmüddətli deyil. Oyun olsa delə, əvəzedici heyətlə ikitərəfli görüş ola bilər. Ancaq hər hansısa klubla yoldaşlıq oyunu nəzərdə tutulmayıb".
Qeyd edək ki, millimiz oktyabrın 9-da Bakı Olimpiya Stadionunda İrlandiya yığması ilə qarşılaşacaq.
Röya