Futbol üzrə milli komandamızın DÇ-2022-nin seçmə oyunu ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında qısa fasilə yaranıb.
Bir sıra klublarımız bu müddətdə yoxlama oyunlarında qüvvəsini sınayacaq. Lakin paytaxt təmsilçisi "Sabah" bu müddətdə yoxlama oyunu nəzərdə tutmayıb.
Məlumatı Fanat.Az-a klubun mətbuat katibi Elnur Həmidov verib.
Qeyd edək ki, oktyabrın 9-da "Keşlə" "Sumqayıt", “Qəbələ” isə “Neftçi” ilə qarşılaşacaq. "Qarabağ"dan isə saytımıza verilən açıqlamada fasilədə başqa klubla yoxlama oyunu keçirilməyəcəyi bildirib.
Xatırladaq ki, millimiz oktyabrın 9-da Bakı Olimpiya Stadionunda İrlandiya yığması ilə qarşılaşacaq.
Röya