Region Liqasına hazırlaşan "Şahdağ" heyətini gücləndirməkdə davam edir.
Fanat.Az xəbər verir ki, Quba təmsilçisi 3 qapıçı ilə razılıq əldə edib️.
Təcrübəli qapıçılar Rafiq Kərimov, Eyyub Əliyev və Nicat İbrahimov bundan sonra bölgə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Şahdağ" bundan əvvəl Ruslan Poladov, Hüseyn Axundov, Elşad Manafov kimi Premyer Liqa təcrübəsi olan futbolçuları sıralarına qatıb.
Mirağa