"Neftçi" və "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, görüş 1:1 nəticələnib.
Paytaxt təmsilçisinin heyətində Tiaqo Bezerra, "qırmızı-qaralar"dan isə Alimi fərqlənib.
Yoxlama oyunu olmasına baxmayaraq, qarşılaşma gərgin anlarla yadda qalıb. Belə ki, 64-cü dəqiqədə matçda dava düşüb. "Neftçi"nin yarımmüdafiəçisi Sezar Meza Kolli "Qəbələ"li Aliminin sifətinə əli ilə zərbə endirib. Nəticədə oyunun baş hakimi Fərid Hacıyev paraqvaylı oyunçunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Gərginlik bundan sonra da davam edib. Harramiz Soares və Ehtiram Şahverdiyevin mübahisə etməsi ilə gərginlik daha da artıb və hər iki komandanın üzvləri davaya qoşulub. Sonda meydana daxil olan "Neftçi"nin məşqçilər heyəti və kapitanı Aqil Məmmədovun müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, bu komandalar arasında Premyer Liqada baş tutan görüşdə də heç-heçə (2:2) qeydə alınmışdı.
Mirağa