10:44 10.10.2021 2148

“Xəzər Lənkəran”dan yarım qalmış arzularım var” - \"Xan Lənkəran\"ın kapitanı

Region Liqasında çıxış edəcək “Xan Lənkəran”ın kapitanı Mahsun Qənbərlinin "XL Müsahibə" səhifəsinə müsahibə verib.

Fanat.Az həmin müsahibəni sizə təqdim edir: 

-Yeni yaranan “Xan Lənkəran” klubuna transferiniz necə baş tutdu?
- Rəhbərlik tərəfindən mənimlə əlaqə saxlanıldı. Klubun hədəflərindən danışdılar . “Xan Lənkəran” doğma şəhərimin komandası olduğu üçün təbii ki, təklifi geri çevirə bilməzdim. Çünki “Xəzər Lənkəran” dönəmindən Lənkəran futbolunda yarım qalmış xatirələrim və arzularım var. Onu tamamlamaq üçün mən də bu təklifi qəbul etdim. Gördüyünüz kimi, hər şey yüksək səviyyədə davam edir .

- Siz “Xəzər Lənkəran”da da əsas heyyətdə çıxış etmisiniz. Hazırda isə “Xan Lənkəran”ın kapitanısınız. Çılğın Lənkəran azarkeşləri məğlubiyyəti sevmir. Üzərinizə böyük məsuliyyət düşür. Özünüzü necə hiss edirsiniz? 
- Bildiyiniz kimi, “Xəzər Lənkəran” fəaliyyətini dayandırdıqdan sonra da Azərbaycanda digər premyer liqa klublarında oynadım, daha sonra Tailand çempionatında legioner həyatı yaşadım. Onu deyə bilərəm ki, dünyanın heç bir yerində Lənkəran azarkeşləri kimi futbola bağlı olan ikinci bir azarkeş yoxdur . Başqa klublarda oynadığım dönəmlərdə də bunun şahidi olmuşam. Nə qədər peşəkar olsaq da, Lənkəran azarkeşlərinin önündə futbol oynamaq çox məsuliyyətli işdir və biz də bu məsuliyyəti dərk edirik. Onlar üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Azarkeşlər üçün meydanda canımızı qoymağa hazırıq. Gələcəkdə də Lənkəran futbolunu təkcə Azərbaycanda yox, Avropada da tanıtdırmaq istəyirik . 

- Klubun tam olaraq, hədəfi nədir? 
- Cari mövsümdə Region Liqasında çıxış edəcəyik. “Xan Lənkəran” rəhbərliyinin hədəfi Lənkəranda yenidən futbolu dirçəltməkdir. Rəhbərlik tərəfindən bu yöndə tapşırıqlar verilib. İstəyirik ki, Lənkəran gəncləri idmanla məşğul olsun, pis vərdişlərdən uzaq olub sağlamlıqlarını düzgün yöndə sərf etsinlər və vətənimizi, xalqımızı istər ölkə daxilində, istərsə də ölkə xaricində təmsil etsinlər. “Xan Lənkəran” rəhbərliyinə bizə hər cür şərait yaratdıqları üçün təşəkkür edirik. 

-Azarkeşlərdən biri sizə belə bir sual ünvanlayıb: "Xan lənkəran”ın rəqiblərindən üstünlüyü nə qədərdir, çempion olmaq şansımız varmı?" 
- Region Liqasında çox klub çıxış edəcək. Açığı, bu mövsüm hansı komandaların çıxış edəcəyi mənə məlum deyil. Amma ötən mövsümlərdə çıxış edən bəzi komandaları tanıyıram. Deyə bilərəm ki, "Ağsu city" komandası çox yaxşı komandadır .Cəlilabadın "Ümid" , Qusarın "Şahdağ" komandasını da güclülər siyahısına daxil etmək olar. Onlar kimi bir çox komandalar var ki, yaxşı heyyətə malikdirlər. Bizim Xan Lənkəran olaraq digər klublardan üstünlüyümüz isə “Xəzər Lənkəran” dönəmindən istər əsas heyətdə, istərsə də aşağı yaş qruplarında uzun müddət bir yerdə oynamağamız və bir-birimizin oyun üslubunu çox gözəl tamamlamağımızdır. Buna görə çempion olmaq üçün şansımız yüksəkdir. Ən əsas üstünlüyümüz isə azarkeşlərin bizə böyük dəstəyidir.

- 3 yoxlama görüşündə 3 qələbə qazanmısınız. Komandada atmosfer necədir?
- Əladır. Məşqlərimizə davam edirik. Baş məşqçimiz İqbal Babayev və məşqçilər korpusu bizi peşəkar səviyyədə oyunlara hazırlaşdırır . Bu məşqlərin nəticəsidir ki, 3 ardıcıl qələbə qazanmışıq. İnşallah, bu şəkildə də davam edəcəyik. Növbəti rəqibimiz Cəbrayılın "Mübariz" komandasıdır. Onlara Lənkərana bizimlə qarşılaşmağa gəldiklərinə görə kapitan olaraq, təşəkkür edirəm .

- Ən sonda azarkeşlərə sözünüz varsa, çatdıra bilərsiniz . 
- Azarkeşlərə demək istəyirəm ki, onlar üçün çox darıxmışdıq. Şükürlər olsun, yenidən onların qarşısında futbol oynamaq bizə qismət oldu. Mənə və bir çox komanda yoldaşıma bu, nostalji və xoşbəxt hisslər yaşatdı. Onların dəstəyinə daima ehtiyacımız var. Lənkərana böyük futbolu birlikdə qaytaracağıq. Bizim azarkeş ordumuz qələbələrə layiqdir. Onları sevindirəcəyimizə komanda adından söz verirəm .

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

Facebookdan bizi izləməyi unutmayın.
X