Region Liqasına hazırlaşan "Xan Lənkəran" bazar günü yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, cənub təmsilçisi "Xəzər Lənkəran" Mərkəzi Stadionunda Cəbrayılın "Mübariz" komandası ilə qarşılaşıb.
"Xan Lənkəran" rəqibini böyük hesabla məğlub edib - 10:1.
Budəfəki oyunda da stadiona xeyli azarkeş toplaşıb, müxtəlif şüarlar səsləndirərək komandaya dəstək verib.
Qeyd edək ki, lənkəranlılar bundan əvvəl keçirdiyi yoxlama görüşlərində "Zəngilan"ı 11:0, "Moskovski"ni 3:0, "Gənclik"i 4:0 hesabı ilə məğlub edib.
Mirağa