Gəncə stadionunun erməni terroruna məruz qalmasından bir il ötür.
Fanat.Az xəbər verir ki, ötən ilin bu günü Gəncəyə ermənilər tərəfindən atılan raket zərbələri zamanı “Kəpəz”in istifadəsində olan şəhər stadionu da zərər görmüşdü.
Arenanın inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılmışdı. Hadisə zamanı stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olsa da, xoşbəxtlikdən, xəsarət alan olmamışdı.
Klubun mətbuat xidməti raket zərbələri nəticəsində ziyan görən stadionun fotolarını yayıb: