Aşağı yaş qrupları üzrə yarışlara start verilib.
Fanat.Az xəbər verir ki, bəzi liqalarda artıq iki tur arxada qalıb.
Konkret, U-15, U-16, U-17 və Gənclər Liqasında yarış sentyabrın sonunda başlayıb. Həmin çempionatların nəticələri, təqvimi və turnir cədvəli ilə bağlı məlumatlarla AFFA-nın saytında tanış olmaq mümkündür. Ancaq...
Ötən həftəsonu isə 10-14 yaş aralığında komandalar arasında yarış start götürüb. Ancaq nə nəticələr var, nə də təqvim. Halbuki, təqvim öncədən açıqlanmalıdır. İradımızı AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevə çatdırdıq. Qurum rəsmisi bildirdi ki, nəticələr günün sonuna qədər AFFA-nın saytına yerləşdiriləcək: "10-14 yaşlı futbolçular arasında yarışlar regionlar üzrə keçirilir. Nəticələr gün ərzində sayta yerləşdiriləcək. Təqvim də bu gün qoyulacaq".
Mirağa