Region Liqasında mübarizə aparacaq iki komanda - "Şahdağ" və "Cəbrayıl" bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan görüş Quba təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Cəbrayıl"ın yaradıcısı və baş məşqçisi millimizin sabiq üzvü Cavid Hüseynovdur.