Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar iki ilə yaxındır keçirilməyən uşaq liqalarının təşkili yenidən bərpa olunub.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarında ötən həftə ümumilikdə 144 oyun keçirilib.
Beləliklə, AFFA-nın təşkil etdiyi yarışlarda həftə ərzində 4032 futbolçu meydana çıxıb.