Şərqi Azərbaycan əyalətinin Kəleybər, Xudafərin və Horand bölgələrinin İran parlamentindəki nümayəndəsi Hüseyn Hatəmi Təbrizin “Traktor” futbol klubuna qarşı ögey münasibətdən şikayətlənib.
Fanat.Az gunaz.tv-yə istinadən xəbər verir ki, millət vəkili Azərbaycan komandasına qarşı haqsızlıq edildiyini bildirib:
“İstiqlal” və “Perspolis” komandalarına ölkənin maliyyə qaynaqlarından vəsait ayrılır və ya ölkənin bəzi iqtisadi strukturlarından maddi yardımlar göstərilir, ancaq növbə bizə çatanda hər kəs hesab-kitab əhli olur”.
Hüseyn Hatəmi Şərqi Azərbaycan əyalətinin zəngin qaynaqlarından “Traktor” komandasına maliyyə yardımı göstərilməli olduğunu qabardıb.
“Azərbaycan mədənlərinin zəngin ehtiyatlarından “Traktor” klubuna maliyyə yardımı ayırın. Əks halda İdman naziri və sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment məsələsini qaldıracağam”-deyə, millət vəkili xəbərdarlıq edib.