"Neftçi"də icarə əsasında çıxış edən qvineyalı yarımmüdafiəçisi Mamadu Kane qışda məxsus olduğu "Olimpiakos" klubuna qayıdacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Sportime.gr" saytı yayıb.
Xəbərə görə, "Neftçi"nin və millisinin heyətində yaxşı təsir bağışlayan 24 yaşlı futbolçu yunan klubunun rəğbətini qazanıb.
Hər tur daha da yaxşı yaxşı oyun sərgiləyən Kaneni "Olimpiakos" 2022-ci ilin yayını gözləmədən qaytarmaq niyyətindədir.
Xatırladaq ki, Kane Azərbaycan Premyer Liqasında cari mövsüm "Nefçi"nin heyətində bir qol vurub.
Emin Şəmsiyev