AFFA Gəncə şəhər stadionunun ərazisində Məşq Mərkəzi və Futbol Akademiyası inşa etməyi planlaşdırır.
Fanat.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhər stadionunun ərazisində Məşq Mərkəzinin və Futbol Akademiyasının inşası üçün AFFA tərəfindən tender elan olunub.
Görüləcək işin həcmində mövcud binanın sökülüb yerində yeni binanın tikintisi nəzərdə tutulub. Xarici kommunikasiya xətləri, qazanxana tikintisi, yeraltı su rezervuarları, nasosxana, yarımstansiyanın tikintisi, çirkli suların anbarının tikintisi iş həcmində nəzərə alınmayıb.