"Səbail"in 16 yaşlılardan ibarət komandasında məşqçi dəyişikliyi baş verib.
Fanat.Az xəbər verir ki, yeniyetmələrin baş məşqçisi Tural Nərimanov öz ərizəsi ilə postundan ayrılıb.
Bayıl təmsilçisi onun yerinə daha bir gənc məşqçini gətirib. U-16-nı bundan sonra Samir Zərgərov çalışdıracaq.
Qeyd edək ki, Samir Zərgərov "Qəbələ", "Standard", "İnter" (indiki "Keşlə"), "Simurq" kimi elita klublarının şərəfini qoruyub. O, karyerasını 2018-ci ildə - 32 yaşında "Kəpəz"də başa vurub.
Mirağa