21:23 15.10.2021 1087

AFFA reklam qalmaqalına rəsmi münasibət bildirdi

Bu gün Fanat.Az-da Türkiyənin TRT1 kanalında yayımlanan "Teşkilat" serialında AFFA-nın loqosundan istifadə olunması ilə bağlı yazı dərc edilmişdi.
 
Bizi maraqlandıran müəmma haqda yazdıqlarımızı məlumatı olmayanlar üçün bir daha diqqətinizə çatdıraq:

"Türkiyənin TRT1 kanalında yayımlanan "Teşkilat" serialında AFFA-nın loqosundan istifadə olunub.

Qardaş ölkə kanallarında kommersiya tipli reklamlarımıza ara-sıra rast gəlsək də, AFFA-nın bu əməkdaşlıqda marağı nədir? Geyim və loqonun istifadəsinə icazə hansı marağa xidmət edir və assosiasiya bundan nə qədər qazanc əldə edir?

Fanat.Az məsələyə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb: "Bununla bağlı TRT-yə müraciət etmişik. Cavab gəlsin, görək nə deyirlər? Bu məsələdə bizim rolumuz yoxdur. Sözün hər iki mənasında...Diqqət yetirsəniz, forma onsuz da bizim forma deyil. Loqodan isə xəbərsiz istifadə olunub".

AFFA axşam saatlarında məsələyə rəsmi münasibətini saytı vasitəsi ilə açıqlayıb:

"Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu. Bununla bağlı AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşmanın olmaması nəzərə alınaraq, serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb. Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin".

Əldə etdiyimiz məlumata görə, serialda istifadə olunan forma və loqoya görə Türkiyə kanalı ilə 100 min dollarlıq anlaşma olub və bu, SOCCAR-ın xətti ilə baş verib. Ancaq Firuz Abdulla bu məqamı da mümkünsüz hesab edir: "Hüquqi baxımdan bu necə ola bilər?! TRT-dən cavab aldıqdan sonra məsələyə aydınlıq gələcək". 

Gördüyünüz kimi, ölkə futbol qurumu loqotipindən istifadəyə görə hər hansı gəlir əldə etmirmiş. Gələcəkdə belə məsələlərlə bağlı AFFA-nın daha fəal olacağına, reklam əsrində reklamdan qazanmağın yolunu tapacağına ümid edirik.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X