Bu mövsüm kifayət qədər maraqlı keçəcəyi gözlənilən Region Liqasının püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tədbir oktyabrın 25-də saat 15:00-da AFFA-da baş tutacaq.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamenti artıq bununla bağlı klublara məlumat verib. Reqlamentdə ciddi dəyişiklik gözlənilmir. Baxmayaraq ki, komanda sayı artıb. Keçən mövsümün iştirakçılarından başqa, yeni müraciət edən və qeydiyata alınan komandalar var. Konkret, "Xan Lənkəran", "Karvan", "Göyəzən", "Energetik", "Cəbrayıl", "Füzuli", "İsmayıllı", "Şahdağ" (Quba), "Mil" (Beyləqan), "Ümid" (Cəlilabad) kimi komandalar qeydiyyatdan keçib.
Qeyd edək ki, ötən mövsüm 33 komandanın qatıldığı Region Liqası zonalar üzrə keçirilir. Paytaxt və Şimal bir zonadır, Digər zonalar Cənub, Mərkəz, Qərb, Şimal-Qərb və Naxçıvandır. Yarışın Naxçıvan da daxil olmaqla, ötənilki formatda təşkil olunacağı gözlənilir. Yarışın startı bu ayın sonu, noyabrın əvvəlinə nəzərdə tutulub.
Mirağa