11:23 25.10.2021 1241

Millimizin baş məşqçisindən Emreliyə tövsiyə: \"Heç nəyə fikir verməsin\"

Mahir Emrelinin "Legiya"da işləri yolunda getmir. Düzdür, Varşava klubu böhran yaşayır və bunun günahkarı yalnız millimizin üzvü deyil.

Çeslav Mixneviçin yetirmələri avrokuboklarda uğurlu mövsüm keçirdiklərindən sanki ekstraklassaya köklənə bilmirlər. Amma fakt faktlığında qalır ki, Emreli oktyabrda "qol orucu"na tutulub. Bu müddətdə 4-ü "Legiya"da, 1-i Azərbaycan millisində olmaqla 5 oyun keçirən hücumçu fərqlənə bilməyib. Millinin düşərgəsindən qayıtdıqdan sonra psixoloji böhran yaşayır, yoxsa "ulduz xəstəliyi"nə tutulub? 

Bu suallara cavab tapmaq üçün Fanat.Az Azərbaycanın ən yaxşı hücumçularından olan, vaxtilə ölkə xaricində çıxış edən Samir Əliyevin fikirlərini öyrənib.

U-20-nin baş məşqçisi "Legiya"nın "qara zolaq"da olduğunu deyib: "Legioner həyatı yaşayan futbolçularımızın - Mahir Emrelinin, Namik Ələskərovun, Vüsal İsgəndərlinin, Renat Dadaşovun və digərlərinin çıxışını izləyirik. Hər biri normal oynayır, qollar vurur.

Mahirə gəlincə, ümumiyyətlə "Legiya"nın Polşa çempionatında işləri yaxşı getmir. Komandanın içərisində olmadığımız üçün səbəbləri, orda nə baş verdiyini bilmirik. Hiss olunur ki, eniş dövrü yaşayırlar. Mahir ilk gündən özünü göstərib, qolçuluq bacarığını sübut edib. Polşa çempionatında yüksək səviyyədə oynamaq üçün onda potensial var. Yəni "Legiya"nın son vaxtlar uğursuz nəticələrini sırf Mahirlə bağlamaq istəməzdim. Futbol kollektiv oyundur. Baş məşqçi də tez-tez rotasiyalar edir, hiss olunur ki, böhrandan çıxış yolu axtarır. Ötən oyunda Mahiri ehtiyatda saxlamışdı. Bu normaldır".

Veteran futbolçu Emrelinin qol vəziyyətlərini sağa-sola xərcləməsini də "Legiya"dakı durumla əlaqələndirib:

"Ola bilsin, son vaxtlar qol vəziyyətlərindən istifadə edə bilmir. Amma olur, hücumçunun hər vurduğu qola çevrilə bilməz. Bir oyunda zərbən 3 dəfə qapı dirəyinə tuş gəlirsə, burda bəxtsizlik amili də var. Mümkündür ki, tələskənlik də rol oynayır. Görür ki, komanda "qara zolaqdadır", qol vurub qələbə qazandırmaq istəyir və belədə tələskənlik özünü göstərir, zərbələr qeyri-dəqiq alınır. Komanda ardıcıl uğursuz oynayanda, bu, futbolçulara da təsir edir. Qələbələri sıralayanda isə özünəinam yaranır. Xüsusilə də hücumçular əhval-ruhiyyədən asılı olur. İstisna etmirəm ki, millidə fərqlənə bilməməsi də klubdakı ritmini də pozdu. Yəqin ki, milli komandanın və "Legiya"nın mütəxəssisləri onunla psixoloji söhbətlər edir". 

Samir Əliyev Emreliyə məsləhətlər verib: "Ona tövsiyyə edirəm ki, heç nəyə fikir verməsin. Başını aşağı salıb məşqini etsin, üzərində çalışsın. Başqa fikirləri özünə yaxın buraxmasın. Gec-tez işlər qaydasına düşəcək. Gəlin tələsməyək. İnanıram ki, yenə qollarını sıralayıb bizləri qürurlandıracaq".

Mirağa   

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

13:57

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

13:40

"Mançester Siti" bizdən yaxşı futbol oynayır, amma..." - Federiko Valverde

13:23

"Real"ı "lotoreya"da güldürən qələbə - VİDEO

13:06

AFFA 30-cu turun cəzalarını açıqladı

12:58

"Yolumuza davam edəcəyimizə əmin idik" - Karlo Ançelotti

12:40

"Öyrənməliyik" - Mikel Arteta

12:21

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

11:26

KL: "Fənərbağça" yarımfinala adlaya biləcək? - YENİLƏNİR 

11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

10:44

AL: Yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

10:25

"Premyer Liqada iştirakımıza mane olacaq heç bir əngəl yoxdur" - "Zaqatala"nın baş məşqçisi

10:06

İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:23

"Bayer"in ilk yay transferi bilindi

09:00

BOStan, yoxsa idman qurğusu?

01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

17 Aprel 2024
23:45

Qurban Qurbanov Moskva "Spartak"ında?

20:18

Mbappe İbrahimoviçə çatdı

19:30

Almaniya nəhəngi Fyürixi, o isə bu klubu istəyir

18:40

Premyer Liqa nəhəngləri Bundesliqa klubunun oyunsuna elçi düşdülər

17:59

"İmişli" Lozannadakı məhkəməyə şikayət edəcəkmi?

17:35

Romario 58 yaşında karyerasını bərpa etdi: "Arzumu yerinə yetirməyi hədəfləmişəm"

17:18

"Real"dan zəng gələndə iki dəfə fikirləşmədim" - Cud Bellingem

Facebookdan bizi izləməyi unutmayın.
X