Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" bu gün növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, "timsahlar" Türkiyə kubokunda mübarizəyə "Ceyhanspor"la start verəcək.
Ziraat Türkiyə Kubokuna 3-cü mərhələdən qoşulan bursalıların rəqibi 3-cü Liqa təmsilçisidir.
Görüşün aşkar favoriti sayılan və doğma azarkeşləri qarşısında oynayacaq "Bursaspor"un kubok matçı saat 19:00-da start götürəcək. Oyunu Aspor kanalı canlı yayımlayacaq.
Mirağa