“Sabah” yeni transferi Petar Şkuletiçlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu haqda paytaxt klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Bildirilir ki, serbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçunun şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.
"Sabah" Şkuletiçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Petar Şkuletiçlə ötən ayın ortalarında iki illik müqavilə bağlanılmışdı.