"Neftçi" klubunun sabiq futbolçusu və AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun səhhətində problem yaranması ilə bağlı xəbər vermişdik.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ürəyindəki şah damarında genişlənmə olan 65 yaşlı mütəxəssis 3 gün öncə cərrahiyə əməlliyatı keçirib.
Ağır əməliyyatdan keçən Qəribovun bu gün reanimasiyadan palataya köçürülüb.
Qeyd edək ki, Şakir Qəribov futbolçu karyerası ərzində "Neftçi"də 1975 - 1984 və 1987 - 1988-ci illərdə forma geyinib. O, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, "Neftçi" və AZAL komandalarının məşqçisi vəzifəsində çalışıb.
Röya