AFFA-nın İntizam Komitəsi “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə futbolçusu Nikolas Rayseli ağır cəzalandırıb.
Fanat.Az xəbər verir ki, səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında Hacıyev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib.
Bununla da Hacıyev üçün mövsümün ilk yarısı başa çatıb. O, 2021-ci ilin sonunadək yalnız kubok görüşlərində iştirak edə biləcək.
Nikolas Raysel isə 4 oyunluq cəzalandırılıb. Buna fransalı hücumçunun aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib.